Azərbaycanda yeniyetmə qız uşaq dünyaya gətirdi – YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə 16 yaşlı qızın ana olması faktına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov “Unikal”a açıqlamasında bildirib ki, qeyd edilən faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Murad İbrahimli

***

09:53

Gəncədə 16 yaşlı qız ana olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, şəhər sakini S. Abbasova (ad-soyad şərtidir) Gəncə şəhər Abbas səhhət adına xəstəxanada uşaq dünayaya gətirib.

Araşdırmalar zamanı onun 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]