İmtahanların nəticələri niyə gec açıqlanır? – DİM-dən AÇIQLAMA

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Aktualtv.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzun müddət tələb edir.

“Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır”, – deyə əlavə edilib.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]