“İslam inqilabçıları” niyə Ermənistanın sərhədlərinə görə narahatdırlar? – GƏLİŞMƏ

İranın “İslam İnqilabının keşikçiləri Korpusu”nun (“Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi”) səbəbi naməlum narahatçılığı davam edir. “İnqilab keşikçiləri” Tvitter hesablarında yeni video paylaşaraq bildiriblər ki, qəti şəkildə beynəlxalq sərhədlərin dəyişdirilməsinə qarşıdırlar.
Bu zaman isə videoda məhz Ermənistanın sərhədləri qırmızı xətlə qabardılır… Maraqlıdır: “Sepah” axı niyə elə düşünür ki, kimsə Ermənistanın sərhədlərini dəyişməyə hazırlaşır?! Və nəyə görə özü-özünü Ermənistanın sərhədlərinin toxunulmazlığının qarantı elan edib?!

O da qəribədir ki, “Sepah”ın xofu yeni deyil: iki həftə əvvəl “inqilab keşiçiləri” yaydıqları videoda sahib olduğu ballistik raketlərinin zərbə radiusunu əyani şəkildə göstərərkən potensial hədəflər sırasında Azərbaycanın ərazisini də qeyd etmişdi.

İran tərəfi narahat edən nədir: Azərbaycanın İsraillə beynəlxalq normalara uyğun əməkdaşlığı, yoxsa Ermənistanla sərhədlərin leqal şəkildə müəyyənləşdirilməsi istiqamətində danışıqların başlaması üçün zəminin yaranması? Cənub qonşumuz nədənsə xoflanırsa, bunu öz videoqrafistlərinin əli ilə örtülü yox, siyasətçi və diplomatlarının dili ilə açıq ifadə etsə, daha yaxşı olar.
AzVision.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]