BNA qurumda aşkarlanan qanunsuzluqlara aydınlıq GƏTİRDİ

Bakı Nəqliyyat Agentliyinin 2020-ci il üzrə təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunub. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir.

BNA-dan “Aktualtv.az”-a verilən xəbərə görə, yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub. 20 ədəd avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatıdırlma prosesi ləngimədən həyata keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün müraciət olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]