“Palmali”nin növbəti gəmisi Vətən müharibəsinin şəhidləri İman və Bəhram qardaşlarının adını daşıyacaq

7 min 500 DWT daşıma qabiliyyətində olan kimyasal tanker Yalovanın “Doğru yol” tərsanəsindən 26 Apreldə dünya sularına yola salınacaq. 140 metr uzunluğunda, 17 metr enində olan nəhəng tanker Vətən müharibəsinin şəhidləri İman və Bəhram Məmmədzadələrin adını daşıyacaq.

Vətən uğrunda eyni gündə şəhid olan iki qardaş İman və Bəhram Məmmədzadələr haqqında.

İkinci Qarabağ müharibəsində igidlikləri ilə seçilən qardaşlar hərbi xidmətə də eyni gündə gediblər, eyni hissədə xidmət ediblər və eyni gündə də şəhid olublar.

Bakı şəhəri Binə qəsəbəsində doğulan əslən Lerikdən olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədovlar Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gəliblər və hərbi xidmətə çağırılmalarına bir il qalsa da, bir gün sonra hərbi komissarlığa gedib qeydiyyata düşüblər. Sentyabrın 27-də döyüşlər başlayanda da ilk olaraq cəbhəyə gedənlərdən olublar. Döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad olunmasında iştirak ediblər. Qardaşlar noyabrın 2-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi uğrunda gedən qızğın döyüşlərdə şəhid olublar. Şəhid qardaşlar İman və Bəhram “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Xatırladaq ki, Mübariz Mənsimov başda olmaqla “Palmali Holdinq”in İdarə Heyətinin qəbul etdiyi qərara əsasən, “Palmali Holdinq”ə məxsus gəmilərin adları dəyişdirilərək, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin adları veriləcək. Məqsəd şəhidlərimizin adlarını ucaltmaq və dünya sularında tanıtmaqdır. İlk gəmiyə şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. “General Polad Hashimov” gəmisi 30 mart tarixində Türkiyədən dünya sularına yola salınıb. Aprel ayının 16-da isə Bolqarıstanın Varna şəhərindəki “Terem Shipyard” tərsanəsindən, II Qarabağ müharibəsində şəhid olmuş Əli Seyran oğlu Nəcəfovun adını daşıyan neft tankeri istifadəyə veriləcək. Şəhid qardaşları İman və Bəhramın adını daşıyacaq tanker 15 gün içində dünya sularına yola salınan üçüncü gəmi olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]