“Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihənin icra planına uyğun olaraq təlim keçirildi.

“Müasir Azərbaycan Qadını” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihənin icra planına uyğun olaraq 01-04 aprel 2022-ci il tarixlərində Masallı rayonunda müxtəlif qruplar üzrə  cəlb olunmuş 40 nəfər iştirakçı olmaqla uşaq və gənclər, habelə onların valideynləri, eyni zamanda uşaqlarla işləyən mütəxəssislər, müəllimlər, məktəbdə uşaqlarla işləyən psixoloqlar, rayon üzrə fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları və bu sahədə çalışan Rayon Polis şöbəsinin, İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin nümayəndələri ilə uşaqlara qarşı zorakılıq, onun növləri və önləndirilməsi yollarına dair görüşlər və təlim keçirildi.
Layihə icra olunduğu müddətdə uşaq və gənclər arasında məişət zorakılığının səbəbləri araşdırıldı, məişət zorakılığının mahiyyəti, doğurduğu neqativ nəticələr və onlara qarşı mübarizə tədbirləri haqda məlumat verildi, uşaqların və gənclərin problemlərinə hökumət və cəmiyyətin diqqətinin artırılması və onların səylərinin bu problemlərin həllinə səfərbər edilməsini təmin edərək ictimaiyyətin diqqətini bu problemə yönəldildi.
Tədbir iştirakçılarına məlumatlandırma sənədləri və müvafiq qanunlar eləcə də maarifləndirici paylama materialları təqdim olundu.

“Uşaq və gənclər arasında məişət zorakılığının azaldılmasına dəstək” adlı layihənin icra planına uyğun olaraq  təlim keçirildi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]