Bakıda külək nə zaman səngiyəcək?

Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s, Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

Milli Hidrometeorologiya Xidmətindən “Aktualtv.az”a verilən məlumata görə, gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]