Rafael Cəbrayılovun qardaşı haqqında qərar VERİLDİ

Həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Aktualtv.az  xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilməyib. Məhkəmə istintaq orqanının təqdimatının əsassız olduğu qənaətinə gəlib. Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]