Çempionlar Liqası: Bütün iştirakçılar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərə “Liverpul”u cavab oyununda Portuqaliya “Benfika”sını qəbul edib. İlk matçda 3:1 hesablı qələbə qazanan mersisaydlılar ikinci qarşılaşmada heç-heçəyə razılaşıb – 3:3.

Beləliklə, Yurgen Kloppun başçılıq etdiyi kollektiv iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb və İspaniya “Vilyarreal”ına rəqib olub.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə İspaniyada Madrid “Atletiko”su ilə üz-üzə gəlib. Evdəki ilk görüşdə 1:0 hesablı qələbəyə sevinən “şəhərlilər” cavab görüşündə qolsuz heç-heçəyə nail olaraq, adını yarımfinala yazdırıb. Mançester təmsilçisi finala gedən yolda İspaniya “Real Madrid”i ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

13 aprel

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:3

Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 – Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82

Baş hakim: Serdar Gözübüyük (Niderland)

İlk oyun – 3:1

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]