“Azəristiliktəchizat”ın “Azəriqaz”a 41 milyon manat borcu var

“Azəristiliktəhcizat” ASC bu ili “Azəriqaz”a 41 milyon manat debitor borcla başa vurdu.

Aktualtv.az  xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

Birlik rəsmisi qeyd edib ki, hər il “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu yaranır: “Bu məsələ hər dəfə ictimailəşir.

Satılmış qazın pulu ödənilməlidir ki, Azəriqaz” topdansatışa olan borcunu ödəsin. Bu il də müəyyən məbləğdə borc yarandı. Məsələ baş nazir səviyyəsində müzakirə olundu, dövlət tərəfindən “Azəristilktəchizat”a müəyyən həcimdə dotasiya ayırdı. Qurum “Azəriqaz”a olan borcunun bir hissəsini bu dotasiya hesabına ödədi.

Qış mövsümünün başa çatmasına baxmayaraq, “Azəristiliktəchizat” ili yenə də 41 milyon manat debitor borcla başa vurdu. Qurum bu borcun müəyyən hissəsini qəbul etmir. Ümid edirik ki, bu borcu nə vaxtsa ala biləcəyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]