“Al market” mağazasında istifadə müddəti bitmiş kərə yağı satılır….Zor eləyirik satırıq – VİDEO

Binəqədi rayonu, Əcəmi Naxçıvani 48 ünvanında yerləşən “Al market” mağazasından kərə yağı alan alıcı evə gəldikdə görüb ki, aldığı yağın istifadə müddəti bitib.

Həmin şəxs yenidən mağazaya qayıdıb və eyni marka olan bütün yağları yoxlayıb. Vitrində olan yağlardan nə az, nə çox, düz altı dənəsinin istifadə müddəti bitib. Alıcının “vaxtı keçmiş yağları niyə satışa qoymusunuz?” sualına isə satıcı “zor eləmişik” cavabı verib. Yəni “bir səhvdir eləmişik, diqqətsizliyi görə üzrlü sayın dərhal satışdan yığışdırarıq” yox ha, məhz “zor eləmişik”. Satıcının bu cavabından sonra isə alıcı mağaza müdirinin çağırılmasını tələb etsə də, mağaza müdirinin olmadığı bildirilib.

Nəzərinizə çatdıraq ki, “Al market” mağazalar şəbəkəsi “Azərsun Holding” şirkətlər qrupuna daxildir. Məsələ ilə bağlı hər hansı açıqlama verilərsə Patrul.az olaraq işıqlandırmağa hazırıq.Patrul.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]