AzTU 2022/2023-cü tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

Azərbaycan Texniki Universiteti (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada aztu.edu.az saytı vasitəsilə (http://tekrar-alitehsil.aztu.edu.az:9594/ ) həyata keçirilir.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüqu­qu qazanacaqlar.

Sənədlərin qəbulu 2022-ci il aprelin 15-dən avqustun 1-dək aparılacaq. Namizədlər ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]