Bu şəxslər enerji içkilərini qəbul etməməlidirlər – Nazirlik

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: “Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır”.

Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: “22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]