Türkiyə ordusu antiterror əməliyyatına BAŞLADI

Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Aktualtv.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.

Nazir əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]