Paşinyanın Rusiyaya səfəri başlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına iki günlük rəsmi səfərə gəlib.
Aktualtv.az erməni KİV-lərinə  istinafən xəbər verir ki, hava limanında Paşinyanı  Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolunun rəhbəri İqor Boqdaş qarşılayıblar.
Bildirilir ki, səfər çərçivəsində baş nazir Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. 
Aprelin 20-də Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko ilə də görüşəcək.
Nikol Paşinyanın Nijni Novqoroda da səfəri planlaşdırılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]