“Ukraynada 30%-dən çox torpaqlarda əkin olmayacaq” – BMT

Ukraynada Rusiyanın başlatdığı müharibə səbəbindən kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq.

Aktualtv.az  xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin bəyanatında deyilir ki , əsas səbəblər aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda qalan çoxlu sayda mina və digər sursatlardır.

Hesabatda “Kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu buğda, arpa, günəbaxan və qarğıdalı üçün istifadə olunmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər, çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi”,- deyə qeyd olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]