Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları bəlli OLUB

Azərbaycanın millisinin cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokuna qatılacaqlar.

Aktualtv.az  xəbər verir ki, federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı medallar və reytinq xalları uğrunda mübariz aparacaqlar.

Azərbaycanı turnirdə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 23-24 apreldə təşkil olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]