“İngilis dilli könüllülər” qrupunun son tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin maarifləndirici “İngilis dilli könüllülər” qrupunun yaradılması” adlanır. 

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə 3 ay müddətinə icra olundu. Layihədə Bakı şəhəri qəsəbələrində valideyni Qarabağ müharibəsi iştirakçısı olan gənclərə önəm verməklə onların  iştirakı ilə xarici dil biliyinin inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili təlimləri keçirildi. Təlimlərdə 30 –dan çox məktəbli iştirak edib. 20 aprel 2020-ci il tarixində Suraxanı Gənclər Evində “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin maarifləndirici “İngilis dilli könüllülər” qrupunun yaradılması” layihəsinin son tədbiri keçiriləcək.Məktəblilərə Diplomlar veriləcək. Az müddətdə doğmalaşan şagirdlər üçün ictimai birlik Layihənin davamlılığını öz üzərinə götürür. Tədbirin sonunda çay süfrəsi açılacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]