QHT “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsini icra edir

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin Bakı turu maraqlı məkanda baş tutacaq.

 “Vətənpərvər  Maarifçi Gənclər”  ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir. 

Azərbaycanda xarici ölkə vətəndaşları və qaçqın statusu almış əcnəbi şəxslərin, miqrantların yerli şəraitə inteqrasiyası və davamlı həll yolu kimi qaçqınların məskunlaşdıqları ölkənin təbəəliyinə keçməsi məsələlərinin öyrənilməsi, həmçinin ana dilimizin gözəlliyini, tariximizi, mədəniyyətini tanıtmaq məqsədilə silsilə şəkildə Bakı şəhərində tədbirlərin keçirilməsidir.

 Belə ki, son tədbir festival formasında keçiriləcəkdir. Müsabiqənin nəticələrinə yekun vurularaq qaliblərə mükafatlar təqdim ediləcəkdir.

Burada məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir. 

Müsabiqə sonrasında, layihəmizin davamlılığını artımaq məqsədilə, Azərbaycanın müxtəlif regionlarına turlar təşkil ediləcəkdir.

Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Bakı, Şamaxı,İsmayıllı, Qəbələ bölgələrini səyahət edəcəklər.

Vətənpərvər  Maarifçi Gənclər ictimai birliyinin sədri Dəyanət Həsənov  bunları qeyd edib:Layihənin Bakı turu 22 aprel 2022-ci il tarixdə keçiriləcək. Qoşaqala qapısından İçəri şəhər gəzintisi saat 10.30-da başlayacaq.

Daha sonra iştirakçılar  30 nəfər  xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yenicə təmirdən çıxmış, qədimliyi, tarixi özündə əks etdirən Bakinin yaxın ərazilərindən biri olan Balaxanı kəndinə hərəkət ediləcək.

14.00-da yemək, çay-kofe masası.Xüsusi avtobusla geriyə şəhərə qayıdılacaq.

24 apreldə isə Şamaxı rayonuna tur baş tutacaq. 

Gündəliyini təqdim edirik:

1.Səhər saat 7.00-da xüsusi ayrılmış avtobusla 20 yanvardan Şamaxıya  hərəkət

2. Saat 9.00-da Şamaxı rayonu ərazisində səhər yeməyi

3. Şamaxıda tarixi yerlərin gəzintisi

4. Saat 13.00-da günorta yeməyi

5. 14.30-da gəzintinin davamı

6. Saat 17.00-da Bakıya dönüş.Çay süfrəsi

Vətənpərvər  Maarifçi Gənclər ictimai birliyinin sədri Dəyanət Həsənov  onu da qeyd edib ki,tur zamanı layihə rəhbərinin köməkçisi, təlimçi iştirak edəcək. Foto-video çəkiliş, təmin ediləcək. Layihə icraçıları iştirakçıların maraqlı anlar yaşanacağına tam əmindilər. 

Uzun müddət hazırlıq bunu deməyə əsas verir. Hədəf isə Azərbaycanımızı əcnəbilərə daha yaxşı tanıtmaqdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]