Ukraynada əsir düşən azərbaycanlı tələbə vətənə qayıtdı

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Aktualtv.az xəbər verir ki, bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]