Hikmət Hacıyev UNESCO-nu tənqid etdi

“Diasporumuz Azərbaycanda mina problemini bəşəriyyətin problemi kimi qaldırılmalıdır”.

Aktualtv.az xəbər verir ki, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Haıcyev qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycana minalardan təmizləmə sahəsində dəstəyi qənaətbəxş deyil.

“Bizə qarşı o iddialar da irəli sürülür ki, guya biz ermənilərin mədəni abidələrini dağıdırıq. “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” məsəli yada düşür. Təəssüf ki, UNESCO ilə Azərbaycan arasında danışıqlar bu gün də davam edir. Biz hələ işğal dövründə UNESCO-nu dəvət edirdik ki, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrimizin durumu araşdırılsın. Deyirdilər ki, biz siyasi məsələlərə qarışmırıq. İndi isə deyirlər ki, məsələn, yol boyunca birinci, ikinci abidələrə baxacağıq, digərlərinə baxmayacağıq. Necə olur ki, A və B məntəqələrinə baxırsan, digərlərinə baxmırsan?”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]