“Palmali”nin növbəti gəmisinin adı məlum oldu

Aktual TV xəbər verir ki, “Palmali Holding” in növbəti gəmisinin adı məlum olub. Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi döyüşçüsü Pəncəli Teymurov.

Bu gün “Palmali” Şirkətlər Qrupunda istismara veriləcək növbəti gəminin adlandırılması ilə bağlı toplantı keçirilib. “Magnoliya” tankeri qəhrəman şəhidimiz, mahir kəşfiyyatçı, sözün əsl mənasında, işğalçı Ermənistan ordusunun qorxulu yuxusuna çevrilən Pəncəli Teymurovun adını daşıyacaq. İclas zamanı “Palmali”nin prezidenti Mübariz Mənsimov gəmi kapitanı Elmar Səlimova son tapşırıqlarını verib: gəmidə Şəhidimizin guşəsi yaradılsın, Pəncəli Teymurovun adını layiqincə daşısın. Gəmi heyəti azərbaycanlılardan ibarətdir. Ad dəqiqləşdirildikdən sonra Mübariz Mənsimov şəhid Pəncəli Teymurovun ailəsinə zəng edib. Düşünürəm bu anı izləmək hər kəsi qürurlandıracaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]