“Qarabağ” azarkeşlərinə görə cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Aktualtv.az xəbər verir ki, yığıncaqda Azərbaycan premyer-liqasının 23-cü turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. “Qəbələ” – “Sumqayıt” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Sumqayıt” 800 manat cərimə olunub.

“Qarabağ” – “Şamaxı” oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

1/2 final mərhələsinin “Qəbələ” – “Qarabağ” oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]