“Rusiyanın hərbi uğurları müvəqqətidir” – Ukrayna lideri

Rusiya dünən Ukraynanın strateji şəhəri olan Mariupolu ələ keçirdiyini açıqlasa da, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkənin şərqindəki son qazanclarının müvəqqəti olduğunu bildirib.

Aktualtv.az xəbər  verir ki, Zelenski xalqa son müraciətində Rusiyanın Ukraynanın şərqində başlatdığı hücumdan danışıb.

O, çıxışında “Ölkəmizin cənubunda və şərqindəki işğalçılar ən azı bəzi uğurlardan danışmaq üçün əllərindən gələni edirlər. Onlar öz güclərini torpaqlarımıza toplayırlar. Lakin bunların heç biri Rusiyaya kömək edə bilməz. Ancaq qaçılmaz olanı gecikdirə bilərlər. İşğalçılar ölkəmizi, xüsusən də Rusiyaya müqavimət göstərən Mariupolu tərk edəcəklər,” – deyə  bildirib.  

Ukrayna lideri rus ordusunun Donetskdə 42 kəndi ələ keçirdiyini, lakin onları geri ala biləcək gücdə olduğunu iddia edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]