QHT qaziləri təltif etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirini keçirdi. 
“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirində icra olunan layihənin iştirakçıları, jurnalistlər və QHT rəhbərləri Billur Məmmədova, İradə Polad, Bəsti Nəsibova dəvətliydilər.
Tədbiri Layihə rəhbəri Şəbnəm Rəfaelqızı açaraq 3 ayda görülən işlərin hesabatını verdi. 
Qeyd etdi ki, ilk tədbir bir qrup qazininin Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayıb. Daha sonra  İsmayıllı rayonuna  səyahət baş tutub. Bu müddətdə psixoloqlar həm qrup halında, həm də fərdi qaydada qazilərlə iş aparıblar. 
Bu gün layihənin son tədbiri olsa da qərara alınıb ki,ayda iki dəfə olmaqla istər Vəfa xanım Abbasova, istərsə də Könül xanım Abbasova layihənin davamlığı üçün qazilərlə qrup halında Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin təşkilatçılığı ilə işi davam etdirəcək. Mütəmadi mətbuata informasiya veriləcək. Layihə rəhbəri Azərbaycan Dövlətinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq bildirdi ki, icra etdikləri çox vacib məsələyə diqqətləri yönəltmək üçün bu layihə dətəklənib.
Çünki Vətən Müharibəsində iştirak edən qazilər qənimət insanlardılar. Onların psixoloji durumunun yaxşılaşdırılması üçün dövlət həm də QHT-lər vasitəsi ilə müxtəlif layihələr həyata keçirir.  Layihə rəhbəri ”SUKANAL” Elmi-tədqiqat və layihə İnstitutunun rəhbərliyinə tədbir keçirilməsi ilə bağlı müraciətlərinə həssas yanaşdıqlarına görə minnətdarlıq bildirdi. 
Layihədən xatirə qalsın deyə icitimai birlik töhfə olaraq qazilərə,AZƏRSUYUN əməkdaşı Günay Məmmədliyə,layihə rəhbərinin köməkçisi Aysunay Həsənovaya, jurnalistlər Zəhra Qədirovaya, Cavid Əhmədoğluna, psixoloqlar Könül Abbasovaya, Vəfa Abbasovaya diplomlar təqdim etdilər. Bildirildi ki, tədbirlər foto və video lentə alınıb. Video-çarx hazırlanacaq, bütün iştirakçılara çatdırılacaq. 
 Daha sonra qazilərlə təlim keçirildi. Beləliklə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə  Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli  yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son  tədbiri də icra olundu.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]