Rəqabət Məcəlləsinin qəbulu niyə gecikir? – AÇIQLAMA

“Rəqabət Məcəlləsi 2008-ci ildə birinci oxunuşda qəbul olunub. Onun üzərindən 14 il ötüb. Hələ də parlamentdə digər oxunuşlardan keçməyib”. 
Bunu “Unikal”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, buna səbəb müxtəlif lobbi qruplarının maraqlarıdır:
“Ölkəyə məhsul gətirən, daxili istehsalla məşğul olan böyük şirkətlər var ki, onlar Rəqabət Məcəlləsinin gətirəcəyi müəyyən çətinlikləri, problemləri istəmədiklərinə görə özlərinə yaxın çevrələr və deputatlar vasitəsilə bu məsələnin qəbulunu gecikdirdilər. Digər tərəfdən Rəqabət Məcəlləsi qəbul olunan kimi effekt verməyəcək. Bunun üçün zaman lazımdır. İstənilən halda bu Məcəllənin qəbul olunması ölkədə qanunvericilik bazasının formalaşması, rəqabətli mühitin yaranması üçün yaxşıdır. Məcəllənin qəbul olunması digər qanunların da müasirləşməsinə, rəqabətin daha açıq şəkilə gətirilməsinə kömək edəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]