“Çavuşoğlunun bu hərəkəti qəzəbə səbəb oldu – “Ermənistana gəlməsinə qadağa qoyulsun”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Montevideodakı səfirliyinin təməlqoyma mərasimi ilə bağlı Uruqvayda olan zaman ermənilər etiraz aksiyası keçirirdi.

Aktualtv.az  xəbər verir ki, Çavuşoğlunun etirazçılara gülərək “bozqurd” işarəsi göstərməsi ermənilərin qəzəbinə səbəb olub. 

Belə ki, ermənilər bunu özləri üçün təhlükə sayaraq, Çavuşoğlunun Ermənistana gəlməsinə qadağa qoymağa səsləyiblər: 

“Ermənistan Respublikasının “Əcnəbilər haqqında” Qanununa əsasən, dövlətimizin təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyan təşkilata mənsub olan şəxsin ölkəyə girişi əngəllənir. “Boz Qurdlar” təşkilatı Ermənistan və bütün ermənilər üçün qəbuledilməzdir. İllərdir ki, Ermənistan Respublikası belə statusda olan təşkilatlarla mümkün əlaqələri olan şəxslərin Ermənistana girişinə qadağa qoyub. Bu gün faktiki olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan Respublikasına daxil olmasına mane olmaq üçün bütün əsaslar var”, – Ermənistan ordusunun Ehtiyat Zabitlər Birliyinin bəyanatında qeyd olunur. 

"Çavuşoğlunun bu hərəkəti qəzəbə səbəb oldu - "Ermənistana gəlməsinə qadağa qoyulsun"

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]