“Peşə təhsili alanlara hərbi xidmətə çağırışdan möhlət verilsin”

Milli Məsclisdə peşə təhsil müəssisələrində təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilməsi təklif edilib. 

Aktualtv.az  xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Etibarə Əliyev çıxış edib.

O, vurğulayıb ki, peşə məktəblərində təhsil alan şəxsləri tədris prosesinin ortasında hərbiyə çağırırlar: 

“Onların böyük bir hissəsi hərbi xidmətdən geri qayıtdıqdan sonra təhsilini davam etdirmirlər”

Deputat qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Agentliyi yarandıqdan sonra peşə təhsilinin inkişafına müəyyən təkan verdi: “Lakin bir müddət sonra dorğunluq yarandı. Belə ki, altı il ərzində agentliyin 5 direktoru dəyişib. Bu idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinif olan 92673 şagirddən 23650 nəfər 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək ki, bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?” 

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]