Ukraynada daha bir qondarma respublika… – Zelenski

Rusiya Ukraynaya qarşı müharibədə heç nəyə nail olmayacaq.

Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İki ayda bizə qarşı min yüzdən çox raket istifadə etdilər. Saysız-hesabsız bombalar, artilleriya… İşgəncə verdilər, qarət etdilər, güllələdilər. Torpağımızı minalayıblar. Dinc şəhərləri, kəndləri cəhənnəmə çevirdilər. Ukrayna şəhərlərinin və icmalarının bir hissəsi dağıdıldı. Amma heç nə əldə olunmayıb. Və əldə olunmayacaq”, – Zelenski vurğulayıb.

Zelenski Rusiyanın Ukrayna torpaqlarında növbəti qondarma referendum keçirmək istəyinə də münasibət bildirib:

“Rusiya torpağımızda hardasa saxta “referendum” oyunu oynamaq istəyir? Onlar cəhd etsələr belə, bu, Moskvada Ukraynanın işğalı üçün yaradılan hər şey kimi biabırçı olacaq”.

Qeyd edək ki, Rusiyanın Xersonda daha bir qondarma respublika yaratmaq üçün yaxın günlərdə “referendum” keçirəcəyi haqda informasiyalar yayılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]