QHT İsmayıllı rayonununda layihəsini icra etdi

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin növbəti  turu İsmayıllı rayonu oldu .
 “Vətənpərvər  Maarifçi Gənclər”  ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət    Dəstəyi  Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir. 
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir. 
Müsabiqə sonrasında, layihənin davamlılığını artımaq məqsədilə, Azərbaycanın müxtəlif regionlarına turlar təşkil ediləcəkdir.
Onlar həm Azərbaycan dilini öyrənəcək, həm də ölkəmizin mədəniyyəti, adət-ənənələri tanış olacaq, eyni zamanda, Bakı, Şamaxı,İsmayıllı, Qəbələ bölgələrini səyahət edəcəklər.
Artıq layihənin İsmayıllı turu da baş tutub. Əcnəbilər Lahıcda olublar. İsmayıllının  görməli və tarixi yerlərini gəziblər. Səhər , günorta yeməyi və axşam çay süfrəsi arxasında təəssuratlarını bölüşüblər.Bakıya dönərkən isə Azərbaycanın görməli yerlərini gəzmək onlara zövq verdiyini dilə gətiriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]