“Speys”in yayımı 3 saatlıq dayandırılacaq

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Bu barədə Şuradan bildirilib.
İclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.
“Speys” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.
Bu səbəbdən, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08:00-dan 11:00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]