“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin son turu

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsinin son turu. 
 “Vətənpərvər  Maarifçi Gənclər”  ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət    Dəstəyi  Agentliyinin yardımı ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” festivalı layihəsini icra edir. 
Layihədə məqsəd qaçqın statusu almış şəxslərin və əcnəbilərin doğma ana dilimizi nə dərəcədə bildiklərini üzə çıxarmaq, eyni zamanda dilimizin tədrisi səviyyəsini müəyyənləşdirməkdir.
 Layihə çərçivəsində əcnəbilərə  Azərbaycanın müxtəlif regionlarına turlar təşkil edililib.Onlar Bakı, Şamaxı,İsmayıllı  rayonlarında  səyahətdə olublar. 
Rayonlara səfərin son dayanacağı Qəbələ rayonu oldu. Əcnəbilər Qəbələdə maraqlı tarixi yerləri gəzdilər.Ən çox da Nöhür gölün gözəlliyinə valeh oldular. Səhər , günorta yeməyi və axşam çay süfrəsi arxasında təəssuratlarını bölüşənlərin çoxu Azərbaycandan getməmək qərarına gəldiklərini dilə gətirdilər. Azərbaycan xalqının tarixinə bağlı olduğunun şahidi olduqlarını,gözəl ənənələrinin, təbiətinin böyük sərvət olduğunu xüsusi qeyd etdilər. 
Daha sonra xüsusi ayrılmış avtobusla geri dönüblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]