Mübariz Mənsimov Türkiyədə azərbaycanlılara iftar süfrəsi açdı

“Palmali Holding” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda yaşayan ziyalıları, sənət və iş dünyasının görkəmli nümayəndələrini, eləcə də Türkiyədə təhsil alan azərbaycanlı tələbələri iftar süfrəsində görüşdürdü. Masalar iki qardaş ölkə olan Azərbaycan və Türkiyə bayrağları ilə bəzədilmişdi. İftar mərasimində Azərbaycanlı tələbələr üçün milli ab-hava yaradıldı. Mübariz Mənsimov masaları tək-tək gəzərək iftar süfrəsinə dəvət etdiyi qonaqlarla görüşdü. “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tələbələrin təhsili və ehtiyacları ilə maraqlandı. İş adamı tələbələrə kömək edə və ehtiyaclarını şəxsən öyrənə biləcəyini, gənclərin həyata keçirmək istədiyi layihələri dəstəkləyəcəyini söylədi. İstanbulun ən prestijli Etilər bölgəsində Azərbaycan və Türkiyə bayraqlarının cüt asılması hər kəsin diqqət mərkəzində oldu. Medianın suallarına cavab verən azərbaycanlı iş adamı gəmilərinin hazırda müharibə gedən Rusya və Ukrayna sularında üzdüyünü, taxıl, yağ və kömür daşıdıqlarını dedi. Mübariz Mənsimov müqəddəs Ramazan ayında bütün müharibə və münaqişələrin bitməsini, insanlığın sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamasını arzuladı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]