Sumqayıt şəhərində Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlaqədar “Xocalı Günü” adlı sərgi təşkil olunacaq

Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsnin icrasına başlayıb.

Bu barədə QHT.az-a Birliyin sədri,layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihə üzrə ilk təlim 19.02.2022-ci il Sumqayıt şəhərində, ikinci tədbir 02 mart 2022- ci il tarixində Xızı rayonunda,31.03.2022-ci il tarixində isə Xocalı abidəsinə Sumqayıt gənclərinin ziyarəti təşkil olunub.

05.05.2022-ci il tarixində isə Sumqayıt şəhərində yerləşən Poeziya evində yaradıcı əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Xocalı Günü” adlı sərgisi təşkil olunacaq. Ümumilikdə 4 aylıq layihə müddətində iki tədbir,bir ziyarət,bir sərgi təşkil olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]