Zəngilana Prezidentin xüsusi nümayəndə təyin etdiyi şəxs KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“Unikal”ın məlumatına görə, o bundan əvvəl Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşan böyük şirkətlərindən birinin rəhbəri olub. Vahid Hacıyev 2020-ci ildə “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni İdarə Heyəti sədri vəzifəsinə təyin olunub. 

V.Hacıyev 13 il  neft şirkəti “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun bu şirkətdə sonuncu vəzifəsi şirkətin Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə biznes meneceri, daha əvvəl isə aparat rəhbəri postu olub.

Bundan əlavə Vahid Hacıyev 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2003-2005-ci illərdə isə həmin fakültənin magistr pilləsi üzrə təhsil alıb. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]