Almaniya prezidenti Zelenski ilə müzakirə apardı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Almaniya Prezident Administrasiyasından məlumat verilib.

“Hər iki lider söhbəti çox vacib və çox yaxşı adlandırıb. Keçmişdə yaranmış anlaşılmazlıq aradan qaldırılıb. Hər iki prezident yaxın təmasda qalamaq barədə razılığa gəliblər”, – deyə mesajda qeyd edilir.

Danışıqlar Ştaynmayerin Kiyevə səfərini ləğv etmək məcburiyyətində qalmasından bir neçə həftə sonra baş tutub. Rusiya Federasiyası ilə sıx əlaqələrə malik olduqlarını əsas gətirərək onu Kyevdə qəbul etmək istəməmişdilər.

Bundan sonra isə Almaniya kansleri Olaf Şolz Kiyevə getməkdən imtina etmişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]