“Kişilər üçün pensiya yaşı 60, qadınlar üçün 55 olsun”

Milli Məclisdə qadınların pensiya yaşının 55-ə endirilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.
O qeyd edib ki, Azərbaycanda ictimai rəy indiki pensiya həddini qəbul etmir. 
“Bizə bununla bağlı kifayət qədər məlumatlar gəlir. 60 yaş kişilər üçün, 55 yaş qadınlar üçün ən optimal yaş həddidir. Nəzərə alsaq ki, insan 25 yaşından sonra işləməyə başlayır, 40 yaşına qədər çalışır, 65 yaşında pensiyaya çıxır. 3 ya 5 il, maksimum 10 il təqaüd alır. Haradadır burada ədalət? Haradadır haqq?”, – deputat bildirib.
F.Ağamalı vurğulayıb ki, bu sahədə dünyanın, Avropanın təcrübəsini kor-koranə tətbiq etmək lazım deyil.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]