Putin Lavrova görə İsrail Baş nazirindən üzr istədi

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Aktualtv.az  TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib. Baş nazir yəhudi xalqına və Holokost xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.

Bundan əlavə, Naftali Bennet İsrail Dövlətinin 74-cü Müstəqillik Günü münasibətilə təbrikə görə Vladimir Putinə təşəkkür edib.

Liderlər, həmçinin 9 May Qələbə günün hər iki ölkənin xalqları üçün xüsusi əhəmiyyətini qeyd ediblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]