“Real Madrid” ÇL-nın finalına yüksəldi

UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gəlib.

Aktualtv.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyada İngiltərənin “Mançester Siti” klubunu 3:1 hesabı ilə məğlub edən “Real Madrid” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 73-cü dəqiqədə qonaqlardan Riyad Mahrez açıb. Meydan sahibləri 90-cı və 90+1-ci dəqiqələrdə Rodriqonun vurduğu qollarla ümumi hesabı bərabərləşdirib. Bu səbəbdən görüşdə əlavə vaxt oynanılıb. 95-ci dəqiqə Kərim Benzema penaltidən fərqlənməklə, 3-cü topu rəqibin qapısından keçirib və yekun hesabı müəyyənləşdirib.

İngiltərədəki ilk qarşılaşmada meydan sahibləri qələbə qazanmışdılar – 4:3.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 3:1 (ƏLAVƏ VAXTDA – 1:0)

Qollar: Rodriqo, 90; 90+1 – Riyad Mahrez, 73

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, “Santyaqo Bernabeu” stadionu.

İlk oyun – 3:4

Qeyd edək ki, “Real Madrid” finalda İngiltərənin digər təmsilçisi “Liverpul”la qarşılaşacaq. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]