“Biz tam qələbəyə qədər mübarizə aparacağıq” – Baş nazir

“Ukraynalı tərəfdaşların kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya mayın 9-da Ukraynaya tamhüquqlu müharibə elan etmək niyyətindədir. Məlumat təsdiqlənərsə, Ukrayna işğalçı ölkə ilə tam qələbəyə qədər mübarizə aparacaq”.

Bunu Ukraynanın Baş naziri Denis Şmıxal deyib.

“Biz başa düşürük ki, belə söhbətlər var, partnyor kəşfiyyat xidmətləri ilə imkanlar müzakirə olunur. Bu baş verəcəkmi? Biz görəcəyik. Amma baş verərsə, bu, Rusiya Federasiyasının sivil demokratik dövlətə müharibə elan etməsinin növbəti təsdiqi olacaq. Ukrayna öz azadlığını müdafiə edəcək, biz işğalçı və təcavüzkar üzərində tam qələbəyə qədər mübarizə aparacağıq”, – Baş nazir bildirib.

Qeyd edək ki, ekspertlər qələbələrin olmaması səbəbindən Rusiyanın Ukraynaya rəsmən müharibə elan edə biləcəyini dəfələrlə bəyan ediblər. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]