Sumqayıtda “Xocalı Günü” adlı əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgisi təşkil olundu

Aktualtv.az xəbər verir ki, 05.05.2022-ci il tarixində Sumqayıt şəhərində “Xocalı Günü” adlı sağlamlıq imkanları məhdud olan şəxslərin əl işlərindən ibarət sərgisi təşkil olundu. Tədbiri giriş sözü ilə açan “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri , layihə rəhbəri Səbinə Kərimova iştirakçıları salamlayaraq, layihə barədə qısa məlumat verdi.

O, qeyd etdi ki, “Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.02.2022-ci il tarixindən “Sumqayıt şəhəri və ətraf rayonlarda Xocalı soyqırımının 30-cu il dönümü ilə əlaqədar tədbirlərin təşkili” layihəsnin icrasına başlayıb. layihə üzrə ilk təlim 19.02.2022-ci il Sumqayıt şəhərində, ikinci tədbir 02 mart 2022- ci il Xızı rayonunda,31.03.2022-ci il tarixində isə Xocalı abidəsinə Sumqayıt gənclərinin ziyarəti təşkil olunub.

Layihənin əsas məqsədi 30 il qan yaddasımız olan Xocalı ilə bağlı regionlarda yaşayan yeniyetmə və gənclərə Xocalı soyqırımı hadisələri haqda ətraflı məlumat vermək və Xocalı faciəsini udulmaması üçün gənclər arasında təbiğatın aparılmasıdır. Layihə 4 ay müddətində Sumqayıt şəhəri və ətraf rayonlarda icra olunub.

Bu gün isə “Xocalı Günü” adlı sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgisi təşkil olunur. Bu sərgidə əlilliyi olan şəxslərin Xocalı ilə bağlı düşüncələrini ilmə və fırça ilə kətan üzərinə köçürdükləri əl işlərini nümayiş etdiriblər.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. 30 ildir biz “Xocalıya ədalət” deyə səs salırıq və gənclərimiz də dünya arenasına inteqrasiya edən zaman ilk sözləri məhz “Xocalıya ədalət” olmalıdır. “Bizim hər günümüz Xocalıdır!” deyə vurğulanmalıdı.

O, bundan əlavə 4 ay boyunca layihəsinə dəstək göstərən hər kəsə minnətdarlığını bildirdi.

Sumqayıt şəhər İcra hakimyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Fərman Kazımov qeyd etdi ki, Xocalı unudulmayan bir faciədir.Bu layihəni dəstəkləyən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm. Çünki bu kimi layihələr gənclərimizin maariflənməsinə kömək edir. Ermənilərin 1905-1906,1918-ci ildə törətdikləri qətliamlar kimi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə də təkrar olundu. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürülüb.
Sonra tədbirdə iştirak edən Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqova, Sumqayıt Gənclər və İdman idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt əlillərin regional bərpa mərkəzinin baş həkimi Pərvanə xanım, QHT rəhbərləri Cəsarət Hüseynzadə, Mətanət Əsgərqızı,Cəmilə Abdulova, Sabaha-inamla.az saytının baş redaktoru Namiq Məmmədov Xocalı ilə bağlı əlilliyi olan şəxslərin əl işlərindən ibarət təşkil olunan sərgidən və Xocalı qətliamından danışdılar.

“Xocalı Günü” adlı sərgidə fəal iştiraka görə 7 nəfər sağlamlıq imkanları məhdud yaradıcı şəxslər və 4 ay müddətində layihəyə informasiya dəstəyi göstərən saytlar mükafatlandırıldı.
Sonda müzakirələr çay süfrəsi arxasında davam etdirildi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]