Ujqorod Universitetinin professoru səngərdən tələbələri üçün mühazirələr deyir

Ujqorod Milli Universitetinin professoru Fedor Şandor hazırda müdafiə batalyonunda xidmət edir.

Buna baxmayaraq, o, müəllimlik fəaliyyətini yarımçıq qoymayıb və tələbələrinə birbaşa səngərdən mühazirələr oxuyur.

Bu barədə “Facebook” hesabında Viktor Şadey məlumat verib və müvafiq fotonu dərc edib.

“Döyüş növbələri arasındakı fasilə zamanı UjMU professoru Fedor Şandor tələbələrinə “Turizm tədqiqatları” üzrə mühazirə oxuyur. Şandor daim hərəkətdədir, ordumuza kömək edən fəal zakarpatiyalılarla ilə əlaqə saxlayır. Tələbələrə deyilən mühazirələr isə müqəddəsdir, onları əldən qaçırmaq olmaz”, – deyə Şandorla eyni bölmədə xidmət edən Şadey yazıb.

Müharibənin elə ilk günü Şandor Fedor Fedoroviç hərbi komissarlığa gəlib və hazırda müdafiə batalyonunda xidmət edir. İndi o, Ukraynanın şərqindədir.

“Məndə dəqiq bir insayder var: bu iki ay ərzində onun dəftərində Zakarpatiya üçün çoxlu maraqlı fikirlər yazılıb, biz onları müharibədən sonra mütləq həyata keçirəcəyik”, – deyə Şadey qeyd edib.

Müəllimin səngərdəki şəkli mədəniyyət naziri Oleksandr Tkaçenkonun da diqqətindən yayınmayıb.

“Ukraynada distant təhsil yeni səviyyəyə keçir. Sadəcə, Ujqorod professoru Fedor Şandor Ukraynanın şərqindəki səngərlərdən dərslər aparır. Bunu necə, bəyənirsən, İlon Mask? Mən Fedoru şəxsən tanıyıram, bununla çox fəxr edirəm”, – deyə Tkaçenko vurğulayıb.

Mənbə: Unian.net

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]