Avropa Rusiya qazından imtina edə bilməz – Afina

Avropa indi Rusiya qazından imtina edə bilməz, bunu tədricən etmək lazımdır.

Aktualtv.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis deyib.

“Hazırda bizim də Avropa kimi daha cəsarətli olmaq imkanımız var. Ya əsas qaz tədarükçüləri ilə mərkəzləşdirilmiş qaydada danışıqlar aparaq, ya da bunu edə bilməsək, ev təsərrüfatlarını və biznesi dəstəkləmək üçün maliyyə resursları ayıraq. Biz pul ayıracağıq. Amma bu səylərə Avropa dəstəyi olsaydı, daha effektiv olardıq. Biz bunu hələ görməmişik və buna görə çox təəssüflənirəm”, – Mitsotakis bildirib.

O qeyd edib ki, Rusiya qazının tez bir zamanda dayandırılması zərurəti Yunanıstana qısamüddətli imkanlar verir:

“Aralıq dənizi hövzəsindən, eləcə də digər mümkün mənbələrdən təbii qazın nəqli üçün enerji qovşağı axtarmalıyıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]