Kür çayında suyun səviyyəsi artdı

Kür çayında suyun səviyyəsi artıb.

Aktualtv.az xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusi ilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, mayın 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.

Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.

Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında artımlar müşahidə olunacaq. (“Report”)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]