Zelenski qələbə üçün 3 vacib məqamı açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin qələbə qazanması üçün üç vacib məqamı açıqlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Zelenski Teleqram səhifəsində paylaşım edib.

“Birincisi silahdır. İkinci Dünya müharibəsi illərində olduğu kimi, bu gün də azadlığın taleyi döyüş meydanında həll olunur. Deməli, Ukrayna tiranlığı məğlub etməyə imkan verəcək bütün silahları və bütün müdafiə vasitələrini almalıdır.

İkincisi sanksiyalardır. Maykl Makfaul və Andrey Yermakın sədrlik etdiyi xüsusi beynəlxalq ekspertlər qrupu bu müharibəyə görə Rusiyaya qarşı sanksiyaları artırmaq üçün Fəaliyyət Planı hazırlayıb. Bunun həyata keçirilməsi vacibdir.

Üçüncü vacib məqam Ukraynaya indiki maliyyə dəstəyi və müharibədən sonra bərpa olunmasına maddi yardımdır. İkinci Dünya müharibəsindən sonra Marşall Planı Avropanın yenidən qurulmasında, inkişaf və böyümə üçün yeni şəraitin yaradılmasında tarixi rol oynadığı kimi, indi də oxşar plana ehtiyac var”, – Zelenski qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]