Rusiyalı jurnalistlər müharibənin gedişatını tənqid etdilər – FOTO

Fevralın 24-dən Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan jurnalistlər və ekspertlər müharibənin gedişi ilə bağlı narahatlığını ifadə etməyə başlayıblar.

Aktualtv.az xarici KİV-ə  istinadən xəbər verir  ki, ötən gün Rusiya dövlət televiziyasında yayımlanan proqramda Putinə yaxınlığı ilə tanınan Vladimir Solovyov cəbhədə dəstəyin çox ləng getdiyini bildirib.

“Silah və sursatların əsgərlərə çatması üçün tələb olunan vaxt utancverici dərəcədə uzundur” , – deyə  Solovyov bildirib. 

Digər tərəfdən müharibə strateqi Mixail Xodaryonok rus əsgərlərinə göndərilən silahların köhnə texnologiyaya malik olduğunu bildirib. Xodaryonok “Ehtiyat çatışmazlığı var, ona görə də yeni birliklər yaradıla bilməz” şərhini verib.

Rusiya dövlət televiziyasında yayımlanan sessiyada hər fürsətdə Kremlin addımlarını dəstəkləyən “müharibə müxbiri” Aleksandr Sladkov “Komandirlər utancverici dərəcədə qətiyyətsizdirlər. Rusiya ordusunun Ukrayna qüvvələri üzərində say baxımından heç bir üstünlüyü yoxdur. Onlar ukraynalılarla təkbətək döyüşürlər”, – deyə o bildirib.

Dövlət televiziyası ilə yayımlanan açıq iclasdan sonra Kreml administrasiyası heç bir açıqlama verməyib.

Rusiya dövlət televiziyasında iğtişaşlar törədiblər: Müharibə utancvericidir

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]