Ukrayna müsadirə edilmiş Rusiya aktivlərindən necə istifadə edəcəyini açıqladı

Ukrayna hakimiyyəti müsadirə edilmiş Rusiya aktivlərini ölkənin bərpasına yönəltmək qərarına gəlib. Aktivlər “Ukrayna Milli İnvestisiya Fondu” dövlət müəssisəsinə veriləcək. Bu barədə ölkənin Baş naziri Denis Şmıqal məlumat verib.
Şmıqalın sözlərinə görə, müsadirə olunan aktivlər və pul vəsaitləri fondun əsas artım mənbələrindən birinə çevriləcək.
“Biz Rusiyanın ölkəmizdə sahib olduğu hər şeyi əldə edəcəyik və bu vəsaitlərdən ordumuzun gücləndirilməsi, xalqımıza dəstək və ölkəmizin bərpası üçün istifadə edəcəyik”, – deyə nazir vurğulayıb.
Aprelin sonunda Ukrayna Prezident Aparatının rəhbər müavini Andrey Smirnov bildirmişdi ki, respublikanın hakimiyyət orqanları xaricdə dondurulmuş Rusiya vəsaitlərinin geri qaytarılması mexanizmini yaradıblar və geri qaytarılan bu vəsaitlər Rusiyanın təcavüzü ilə əlaqədar itkilərin kompensasiyası üçün istifadə olunacaq.
Həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatası sanksiyalara görə müsadirə edilən Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadə edilməsinə icazə verən qanun qəbul edib.
Mənbə: Lenta.ru

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]