Türkiyədə 400 min dollarlıq əmlak alana vətəndaşlıq veriləcək

Türkiyədə vətəndaşlıq almaq üçün alınmalı olan daşınmaz əmlakın dəyəri artırılıb.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilər ölkədə azı 400 min dollar dəyərində daşınmaz əmlak əldə etməlidirlər.

Qərar bir aydan sonra qüvvəyə minəcək.

Daha əvvəl isə Türkiyə vətəndaşlığı almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq tələb olunurdu. Bu barədə qanun 2010-cu ilin fevral ayından qüvvədə olub.

Qeyd edək ki, Türkiyə hökuməti əcnəbilər tərəfindən alınan daşınmaz əmlakın qiymətinin artırılması ilə bağlı qərarı aprelin ortalarında qəbul edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]