Zelenski Davosda çıxış edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Davosda Dünya İqtisadi Forumunun açılışında çıxış edəcək.

Aktualtv.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Forumun spikeri Yann Tsolf bildirib.

“Hazırda dünya tarixi dönüş nöqtəsindədir və bu, bizdən mövcud geoiqtisadi və geosiyasi problemləri dərhal və tez həll etməyi tələb edir. Bu, Ukraynanın yüksək rütbəli nümayəndələri ilə birlikdə hökumətdə, biznesdə və cəmiyyətdə vəziyyətin inkişafını müzakirə etmək üçün vacib məqam olacaq”, – deyə Y.Tsolf bildirib.

Spiker vurğulayıb ki, Ukraynadakı inkişaf “qlobal birlik olaraq hamımıza” təsir edəcək.

Qeyd edək ki, Volodimir Zelenski mayın 23-də Forumun açılışında videoformatda çıxış edəcək.

Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-26-da İsveçrənin Davos şəhərində keçiriləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]