Kirayə ev axtaranlar üçün PİS XƏBƏR- 400-450 manat… – VİDEO

Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib. Əvvəllər bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər-əlamət yoxdur.

Aktualtv.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev “Xəzər Xəbər”ə deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov bildirib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Ekspert Nofəl Quliyev hesab edir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa, qiymət artımı növbəti aylarda da davam edəcək.

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox tələbat ikiotaqlı mənzillərədir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]